
ABŞ-də universitetdə atışma zamanı 5 nəfər ölüb, yaralananlar var
18 Aprel 2025
ABŞ-nin Florida ştatının Tallahassi şəhərindəki universitetdə baş verən atışma nəticəsində 5 nəfər ölüb, daha 4 insan yaralanıb.
Bu barədə yerli WFTV telekanalı məlumat yayıb.
Məlumata görə, atəş açan iki şəxs olub, onlardan biri öldürülüb, ikincisi saxlanılıb. CNN və “Fox News” altı zərərçəkənin olduğunu bildirib.
Hadisənin səbəbi və yaralıların vəziyyəti barədə məlumat yoxdur.