ABŞ-da Respublikaçılar Mayk Consonu əvəz etmək istəyirlər
19 May 2024
ABŞ Konqresində Respublikaçılar Partiyasının nümayəndələri keçmiş prezident Donald Trampın namizədliyini dəstəkləməsinə baxmayaraq, Nümayəndələr Palatasının hazırkı sədri Mayk Consonu noyabrda Kapitoliyada keçiriləcək seçkilərdən sonra partiya lideri kimi əvəz etməyi planlaşdırır.
Bu barədə “Axios” mənbələrə istinadən xəbər verir.
Nəşrin həmsöhbətləri iddia ediblər ki, Nümayəndələr Palatasının spikeri vəzifəsinə iddiaçılardan biri artıq öz namizədliyinin irəli sürülməsi üçün gizli hazırlıqlarla məşğul olan Ədliyyə Komitəsinin hazırkı rəhbəri Cim Cordandır.