Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ali Məhkəməsi Trampın gömrük tarifləri ilə bağlı qərarlarını ləğv edib

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın bir çox ölkədən idxal edilən mallara tətbiq etdiyi genişmiqyaslı gömrük tariflərini ləğv edib.

Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, məhkəmə gömrük tariflərinin qanunsuz, bu addımın isə prezidentin səlahiyyətlərindən kənar olmasına qərar verib.

Məhkəmə qərarında qeyd olunur ki, Tramp 1977-ci il tarixli Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa əsaslanıb. Lakin həmin qanunun tətbiqi Konqres tərəfindən təsdiq olunmalıdır.

Trampın gömrük tarifləri ilə bağlı qərarları Konqres tərəfindən təsdiqlənmədiyindən bu addım Konstitusiyaya ziddir.

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin idxal rüsumları mexanizminə qarşı çıxan qərarı ilə bağlı ehtiyat fəaliyyət planının olduğunu bəyan edib.

Məlumata görə, Tramp bu açıqlamanı Ağ Evdə ştat qubernatorları ilə keçirilən görüş zamanı verib, lakin detallar açıqlanmayıb.

Tramp Ali Məhkəmənin qərarını “biabırçılıq” adlandırıb.