Abdullahian Tehranda basdırılacaq
22 May 2024
Prezident İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması nəticəsində həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı Tehranda Şah Əbdül Əzim məscidinin yanındakı qəbiristanlıqda dəfn ediləcək.
Onunla vida mərasimi mayın 23-də Tehrandakı Xarici İşlər Nazirliyinin qarşısındakı meydanda keçiriləcək.
Xatırladaq ki, qəza nəticəsində həlak olanların hamısının dəfni eyni gündə baş tutacaq.