2024-cü ildə tarixin ən isti may ayını yaşamışıq?
06 İyun 2024
Avropa İttifaqının Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, ötən ay dünyada indiyə qədər qeydə alınan ən isti may olub.
İzləmə sistemi tərəfindən verilən açıqlamada, keçən ay ölçülən səth havasının orta temperaturunun 1991-2020-ci illər dövrü üçün may ayı ortalamasından 0,75 dərəcə yüksək olduğu bildirilib.
Açıqlamada, ötən ayın dünya miqyasında indiyə qədər qeydə alınan “ən isti may” olduğu, beləliklə, son 12 ayın dalbadal “ən isti ay” elan edildiyi qeyd olunb.
Qeyd edək ki, statistik məlumat dünya üzrə ən isi may ayını qeydə alınsa da, Azərbaycanın yerləşdiyi bölgədə bu ay kifayət qədər "sərin" keçib.