
130 ölkə gömrük rüsumları ilə bağlı ABŞ-yə müraciət etdi
14 Aprel 2025
ABŞ-yə müraciət edərək gömrük rüsumları barədə danışıqlar aparmaq istəyən ölkələrin sayı 130-a çatıb.
Bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett CNN-ə müsahibəsində bildirib.
O həmçinin ABŞ-nin bu ölkələr üçün idxal rüsumlarını 10%-ə endirdiyini deyib.
Hassett Çinlə ticarət münaqişələrinin həlli prosesinin davam etdiyini, lakin bunun ilkin mərhələdə olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 9-da 185 ölkə və regiondan idxal olunan mallara gömrük rüsumları tətbiq edib.