Logo
news content
User
Kateqoriyalar

Xəbər

1 milyon miqrant ABŞ-dan çıxarılacaq

Prezident Donald Trampın administrasiyası ABŞ-dan təxminən 1 milyon qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.

Bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Qəzet bildirir ki, bu planlarla yaxından tanış olan dörd hazırkı və keçmiş federal məmurun sözlərinə görə, şəxsi müzakirələrdə daima bir mühüm rəqəm vurğulanır: bu, 1 milyondur.

Qəzetin məlumatına görə, bu rəqəm, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası dövründə tətbiq olunan 400 min deportasiya rekordunu xeyli üstələyir.