Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran İsrailə yüzlərlə ballistik raket buraxıb

İsrail Müdafiə Qüvvələri (İMQ) İrandan raket atəşinə tutulduğunu bildirib.

Bu barədə ordunun mətbuat xidmətinin teleqram səhifəsində məlumat verilib.

"İMQ müəyyən edib ki, az öncə İrandan İsrailə raketlər buraxılıb. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır", – məlumatda vurğulanıb.

Hərbçilər vətəndaşları sığınacaqlara gizlənməyə və sonrakı xəbərdarlığa qədər orada qalmağa çağırıb.

 İranın dövlət agentliyi IRNA da İsrailə yüzlərlə ballistik raket buraxıldığı barədə məlumat yayıb.

“İranın sionist rejimə sarsıdıcı cavabı başlayır. Bir neçə dəqiqə öncə sionist rejimin qəddar hücumuna qəti cavab əməliyyatı işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif ballistik raketlərin buraxılması ilə başlayıb”, – məlumatda vurğulanıb.