Logo
news content
User
Kateqoriyalar

Analitika

Pressklub-un əməkdaşı Qəzza sərhədində: "Buraya 40-50 raket atıldı" - FOTO - VİDEO
"Raketlərin bəziləri jurnalistlər olan ərazidən bir az kənara düşdü"

“İsrailin Sderot şəhəri oktyabrın 7-dən etibarən cəbhə rayonuna çevrilib. Onunla Qəzza arasındakı məsafə 13 km-dir. Məhz bu tarixdən etibarən İsrail ilə HAMAS arasındakı artilleriya döyüşləri Sderot-Qəzza istiqamətində gedir”. 

Bu məlumatı hazırda old.pressklub.az-ın Qəzza bölgəsi ilə sərhəddə olan əməkdaşı Seymur Kazımov deyib.

Əməkdaşımız bildirib ki, Sderotun bütün əhalisi köçürülüb. “Bu şəhəri Azərbaycanın Tərtəri ilə müqayisə edə bilərik. İsraildə evakuasiya tədbirləri məcburi xarakter daşıyır, yəni vətəndaşın seçim şansı yoxdur. Onlar əvvəlcədən müəyyən olunmuş məntəqələrdə yerləşdirilirlər. Tərtərdə isə qərarı yerli sakinlər verirdi.

Sderotda ciddi dağıntılara rast gəlmədik, çünki raket əleyhinə məşhur “Dəmir qübbə” burada da quraşdırılıb.

Oktyabrın 20-də Sderot gərgin günlərindən birini yaşadı. Təxmini hesablamalara görə, ərazisinə 40-50 raket atıldı. Xeylisini “Dəmir qübbə” zərərsizləşdirdi. Bəziləri göydəcə partladıldı.

Az qismi isə jurnalistlərin olduqları ərazidən bir qədər kənara düşdü. Atəşlərin intensivliyini nəzərə alan media mənsubları ərazidən uzaqlaşdılar”.

Press Klub