Logo
news content
User
Kateqoriyalar

Analitika

Pressklub-un əməkdaşı Fələstində: "Ramallah Qəzza üçün ayağa qalxdı"
Xristianların da, müsəlmanların da bir tələbi var - Dünya səssiz qalmamalıdır

Fələstinin Ramallah şəhərində insanlar İsrailin Qəzza zolağını bombalanmasına etiraz olaraq yürüş keçiriblər.

old.pressklub.az-ın hazırda Fələstində olan əməkdaşının verdiyi məlumata görə, yürüşə Ramallahdakı müxtəlif dini konfessiyalara mənsub şəxslər və onların rəhbərləri qatılıb. Yürüşdə uşaqlar, qadınlar, qocalar iştirak edib.

İştirakçılar bəyan ediblər ki, yürüşün məqsədi Qəzza zolağındakı insanlarla eyni millətdən olduqlarını bütün dünyaya bəyan etməkdir. Yürüşdə “Biz eyni işğalla üzləşmişik!”, “İsrail Qəzzada cinayət törədir!”, “Qətliam dayanmalıdır!” kimi şüarlar qaldırılıb.

Xristian fələstinliləri təmsil edən Abdulla Ata deyir ki, İsrail günahsız insanları öldürür. O, İsrailin təcili olaraq bombardmanı dayandırmalı olduğunu bildirib.

Müsəlman Şeyx Məcid Sakır isə fələstinlilərin müharibə istəmədiklərini söyləyib: "Bizim bu müharibəyə ehtiyacımız yoxdur. Bizim öz torpaqlarımızda yaşamaq haqqımız var. İsrail Qəzzanı zolağını işğal etmək istəyir. Dünya səssiz qalmalıdır".

Yürüş insidentsiz başa çatıb.

Seymur Kazımov