Logo
news content
User
Kateqoriyalar

Analitika

Onları bağışlamaq olarmı? 
Qarabağ separatçılarının liderlərini nə gözləyir?

“Ermənistan hakimiyyəti Artsaxın əsir götürülmüş keçmiş liderlərini, o cümlədən Ruben Vardanyanı taleyin ümidinə buraxıblar”. Bu barədə Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan bu günlərdə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Onlar Dağlıq Qarabağın keçmiş liderlərinin taleyi ilə bağlı heç nə etmirlər, Azərbaycan hakimiyyətinə heç bir tələb irəli sürmürlər”, - o deyib.

Zurabyanın qaldırdığı məsələ ikinci dərəcəlidir - Ermənistan, ərazisində açıq şəkildə qanunsuz fəaliyyət göstərdiklərinə görə bir sıra şəxsləri həbs edən Azərbaycana qarşı hansı iddia qaldıra bilər? Bununla belə, həqiqətən də maraqlı olan başqa bir sual var - Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və nəhayət, Ruben Vardanyan kimi tanınmış separatçı simaların taleyi necə olacaq?

Bakı onların taleyi ilə bağlı hansı qərarı verəcək? Onlar məhkəmə çıxarılaraq, Azərbaycan Cinayət Məcəlləsinin konkret maddələri ilə layiqli cəzalarını alacaqlarmı? Yoxsa onları Ermənistana ekstradisiya edə bilərlər? Amma nəyin müqabilində? Burada hansı versiyalar mümkündür?

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə məsələ ilə bağlı old.pressklub.az-a acılama verib.

Düzünü desəm, mən bu şəxslərin Ermənistana təhvil verilməsi ehtimalını istisna edirəm. Onlarla bağlı heç bir razılaşma, mübadilə və başqa şeylər ola bilməz. Çünki bu şəxslər çox ağır cinayətlərdə günahkardırlar”, - deyə analitik bildirib.

Onun sözlərinə görə, bu cinayətlər insanların sadə fiziki qətlindən də ağırdır. “Deyəsən, insan öldürməyə görə maksimum cəza 15 ildir. Onların vəziyyətində isə bu cür əməllər iştirak etdikləri, törətdikləri cinayətlərin miqyasına görə ağırlaşır. Bunlar müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və s. bu cür əməllərdir. Yəni, onlar ən ağır cəza nəzərdə tutan bir sıra maddələrlə ittiham olunurlar. Ona görə də, ümumilikdə onların hamısını ömürlük həbs gözləyir.

Bu, terrorçuluq, separatçılıq, bu istiqamətdə konkret addımlar atan şəxslərin üzərində məhkəmə olacaq. Belə cinayətkarları necə harasa təhvil vermək olar? Nəyin müqabilində? Düşünmürəm ki, onları ekstradisiya etmək lazım gələcək, onlar törətdikləri cinayətlərə görə cəzalarını son gününə qədər çəkəcəklər. Törətdikləri cinayətlərin vaxtının bitməsi olmadığı kimi, cəzalarını çəkmə, həbs müddəti də belə olmalıdır. Və onların həbsi də ömürlük olmalıdır”, - o hesab edir.

Vəlizadə qeyd edib ki, bu, artıq prinsipial məsələdir. “Azərbaycanda törətdikləri vəhşiliklərin miqyasına görə bu şəxsləri məsələn, Hitlerin silahdaşı Rudolf Hess kimi şəxslərə bərabər tutulurlar. Rudolf Hess  İkinci Dünya Müharibəsindən sonra törətdiyi əməllərə görə Berlin həbsxanasında ömürlük cəza çəkirdi və orada da öldü. Çox güman ki, eyni şey haqqında danışdığımız şəxslərə də şamil olunacaq. Mənə belə gəlir”, - deyə ekspert yekunlaşdırıb.

Rauf Orucov