Logo
news content
User
Kateqoriyalar

Analitika

Neft Fondundan 850 milyon manat götürüləcək

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulub. Həmin dəyişikliklərin gələn həftənin əvvəlində Milli Məclisdə müzakirə olunacağı gözlənilir. Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Sənəddə qeyd edilib ki, 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz, 2019-cu ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3066,3 milyon manat və ya 12,6 faiz çoxdur. Büdcənin gəlirlərinin 24 milyard 124 milyon manat olması nəzərdə tutulur. Bu da qəbul edilən mövcud sənəddəki eyni göstəricidən 10,5 milyon manat azdır.

"Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır”, - deyə nazirlikdən bildirilib.

Qeyd edildiyinə görə, 2020-ci ilə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58,0 faizi və ya 13990,0 milyon manatı neft sektorunun, 42,0 faizi, yaxud 10134,0 milyon manatı qeyri-neft sektorunun payına düşür:

“2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 460,0 milyon manat və ya 3,4 faiz çox, qeyri-neft sektorunun gəlirləri isə 470,5 milyon manat və ya 4,4 faiz azalır”.

Nəhayət, sənəddə diqqət çəkən mühüm məqamlardan biri xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsdir – 35 dollar.

İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi (MN) 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

Xatırladaq ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24,134 milyard manat, xərcləri isə 26,894 milyard manat təsdiqlənib. 2020-ci il üçün dövlət büdcəsində bir barel neft 55 ABŞ dolları məbləğində hesablanıb. Hazırda dünya bazarında Brent markalı etalon neftin bir barelinin qiyməti 43-44 dollar arasındadır.

Turqut