Tramp, yoxsa Harris? - TƏHLİL
Noyabr seçkiləri həm dünyadakı vəziyyətdən asılıdır, həm də onu müəyyən edəcək
29 İyul 2024
Ancaq 4 il əvvəl Trampın ikinci dəfə dövlət başçısı seçilməsinin qarşısını almaq üçün prezident seçkisində iştirak edən Cozef Bayden bu dəfə eyni məqsədlə seçki kampaniyasından çəkildi. Bayden bu addımı ilə təşəbbüsü Trampın əlindən ala bildi. Tramp Kamala Harrisə qalib gəlməyin daha asan olacağını bəyan etsə də, keçmiş prezidentin bu olaydan razı qalmadığı aydın görünür.
Trampı narahat edən və keçmiş prezidentin tərəfdarlarında bədbinlik yaradan məqamlar isə kifayət qədərdir. Həmin məqamlardan birincisi odur ki, son 24 il ərzində keçirilən 6 prezident seçkisinin yalnız birində, 2004-cü ildə o zaman prezident olan kiçik Corc Buş ölkə üzrə seçicilərin əksəriyyətinin səsini qazana bilmişdi. Corc Buş 62 milyondan bir qədər artıq seçicinin səsini aldığı halda, demokratların namizədi Con Kerrini cəmi 59 milyondan azacıq çox seçici dəstəkləmişdi. Halbuki, 4 il öncə kiçik Corc Buş ilk dəfə prezident seçildiyi 2000-ci il seçkilərində seçicilərin əksəriyyətinin səsini ala bilməmişdi. Demokratların namizədi, o zaman vitse-prezident olan Albert Qor 51 milyondan artıq seçicinin dəstəyi...