Logo
news content

Yarımçıq imperiya: Rusiya mövcudluğunu qoruya biləcəkmi?
İmperiya tərəfdarları ilə yanaşı rus liberalları da xalqların azadlığı ideyasını qəbul etmirlər

Sovet dövründə ideoloji təbliğat maşını geosiyasət nəzəriyyəsini burjua təlimlərinin bir hissəsi kimi təqdim və tənqid edirdi. Kremlin geosiyasət nəzəriyyəsinə bu yanaşması xalqları beynəlxalq münasibətlərin tərkibi olmaq istəyindən çəkindirməyə məqsədi daşıyırdı. Kremldə belə hesab edirdilər ki, yalnız rus xalqı beynəlxalq münasibətlərin tərkibi ola bilər. 

 

Sovet ittifaqının dağılmasından sonra da Moskvanın keçmiş müstəmləkələrinə münasibəti dəyişmədi. Moskvanın yanaşması belə idi ki, keçmiş müstəmləkələri müstəqillik əldə etsələr də, bu müstəqillik formal xarakter daşımalı və beynəlxalq münasibətlərdə əsas söz sahibi Rusiya olmalıdır. Moskvanın 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya qarşı müharibəsi bu respublikaların Moskvanın müəyyən etdiyi qaydaya tabe olmaq istəməyərək beynəlxalq münasibətlərin tam hüquqlu üzvü olmaq niyyətinin qarşısını almağa yönəlmişdi. Buna görə də, Gürcüstana və Ukraynaya hərbi müdaxiləni Rusiya diktatoru Putinin siyasətinin nəticəsi ilə bağlamaq çox yanlış olar. 

 

Rusiyanın müstəmləkəçilik siyasəti Rusiya dövlətinin formalaşma qaydasından qaynaqlanır. Putinin iqtidarı ələ keçirməsindən illər öncə - 1997-ci ildə Aleksand Duqin nəşr etdirdiyi “Geosiyasətin əsasları: Rusiyanın geosiyasi gələcəyi” kitabında Ukraynanın bir dövlət kimi mövcudluğunun geosiyasi anlamı olmadığı irəli sürmüşdü. Duqinə görə, Ukrayna iki sivilizasiya - “Avrasiya” və “Atlantizm” arasında “sanitar bölgə” olmalıdır. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademi...

lock icon

Yazını tam oxumaq üçün