Nüvə müharibəsi Rusiyaya nə vəd edir?
“Pərakəndə düşən rus xalqı sağ qalan güney xalqlarının təzyiqi altında suverenliyini tamamilə itirəcək...”
24 İyun 2024
Rusiyanın bu təhdidlərinə qarşı NATO cavab tədbirləri görmək niyyətindədir. NATO-nun baş katibi Yens Stoltenberq “The Telegraph” qəzetinə müsahibəsində bildirib ki, Rusiya və Çindən gələn təhdidlərin artması fonunda Şimali Atlantika Alyansı üzv ölkələrdə daha çox nüvə silahı yerləşdirmək üçün danışıqlar aparır. Stoltenberq qeyd edib ki, Alyans düşmənlərinə birbaşa mesaj vermək üçün öz nüvə arsenalını dünyaya göstərməlidir. Belə görünür ki, Rusiya Ukraynaya geniş miqyaslı hərbi müdaxilədən sonra Moskva rəsmilərinin və təbliğatçılarının leksikonda nüvə təhdidi ilə bağlı ifadələrin artması və mütəmadi xarakter alması NATO-nu cavab tədbirləri görməyə vadar edir.
Qeyd edək ki, Ukraynaya qarşı geniş miqyaslı müdaxilə ilk ciddi uğursuzluqlara məruz qaldığı, xüsusilə də Kiyev ətrafında Rusiya ordusunun mühasirəyə düşmə təhlükəsi yarandığı zaman Rusiya rəsm...