Logo
news content

Şah Xamənei və Tehranın “Osman köynəyi”
Kiçik “qələbə”nin böyük zərərləri

İranda keçirilən növbədənkənar prezident seçkisi ölkə əhalisinin müəyyən hissəsini problemlərinin həlli baxımından ümidləndirib. Hakimiyyətdaxili islahatçı qanadın nümayəndəsi Məsud Pezeşkian bu siyasi kampaniyanın qalibi elan olunub. 

Seçkidə iştirak edən seçicilərin sayı az olsa da, Azərbaycan türklərinin, ərəblərin, bəlucların və b. səsvermədə aktivlik etdiyi bildirilib. Pezeşkiana səs verənlər arasında sosial, siyasi və mədəni sahədə islahat tərəfdarları da olub. 

İran üçün milli-mədəni azadlıq məsələsi başqa problemlərdən az önəmli deyil, bəlkə də daha əsasdır. Çünki 45 il əvvəl İslam Respublikasının konstitusiyası yazılanda qeyri-farsların ana dili ilə bağlı məsələ geniş müzakirəyə səbəb olub. Nəticədə konstitusiyanın bu məsələləri nəzərdə tutan 15-ci və 19-cu maddələri, yarımçıq da olsa, qəbul olunub. Ondan sonrakı 45 il ərzində Tehran hakimiyyəti bu maddə ilə bağlı müxtəlif spekulyasiyalar edir, oyunlar qurur. 

Fars olmayanlar bünövrəsi Rza şah Pəhləvinin dövründə qoyulmuş panfarsçılıq ideologiyası ilə mili sitəmə, zülmə məruz qalır, assimilyasiya olunurlar. İraqla müharibədən sonra keçirilən prezident və parlament seçkilərində bu məsələnin üzərinə bir balaca, çox zəif işıq salırlar sonra yenə onu ört-basdır edirlər. Başqa sözlə, fars şovinistləri qeyri-fars əhalinin maraqlarını təmin etmək adı altında öz maraqlarını ustalıqla həyata keçirirlər. 

Sonuncu prezident seçkisində də milli-mədəni haqlar və dil oyunu Xamənei hakimiyyətinin və panfarsçıların işinə yaradı. 

Türk Mə...

lock icon

Yazını tam oxumaq üçün