Logo
news content

İranın “naleyi-əfqan”ı...
Tehranın “Taliban”la qarşıdurması şərqdə yeni cəbhənin açılması ilə nəticələnə bilər

Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətə gəlişi (gedişi və yenidən qayıdışı) ölkə üçün çox böyük problemlər yaradıb. 

Nə birinci dəfə gətiriləndə, nə də iki il öncə qayıdışında bu hərəkatın qurduğu hökumət beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Bundan başqa, dövlətin milyardlarla dollar məbləğində maliyyə vəsaiti sanksiyaya məruz qalıb. 

40 milyona yaxın əhalisi və 2021-ci ildə 14,3 milyard dollarlıq Ümumi Daxili Məhsulu ilə Əfqanıstan dünyada adambaşına düşən gəlirin ən aşağı olduğu ölkələr sırasındadır. Əhalinin təxminən 85 faizinin yoxsulluq həddinin altında yaşadığı ehtimal edilir. 

Əfqanıstan zəif aqrar ölkəsidir. 20-ci əsrin sonlarında kölgə iqtisadiyyatı əsasən narkotik maddələrdən gələn gəlirlərin hesabına formalaşır. 45 ildir bu ölkədə silah səsləri susmur, hakimiyyət dəyişikliyi davam edir. 

Əfqanıstan əhalisinin üçdə biri qaçqın vəziyyətindədir. Pakistan ərazisində 1 milyon 200 minə, İranda isə, BMT-nin hesabatına əsasən, 4 milyon 500 minə yaxın (bəzi mənbələr 1 milyon 400 min olduğunu iddia edir) əfqanıstanlı yaşayır. Məlumata görə, İranda 50 min əfqan qaçqın kimi rəsmi olaraq qeydiyyatdan keçib. 

Bu ölkəni vəziyyəti Hüseyn Cavidin dilindən daha doğru təsvir edilir: 

“İdrakı sönük başçıların qəfləti ancaq, 

Etmiş, edəcək milləti həp əldə oyuncaq!”

Əfqanıstan təbii sərvətlər baxımından kasıb ölkə deyil. Ancaq təəssüf ki, onun vətəndaşları ziddiyyətlər səbəbindən dünyanın ən yoxsul sakinlərindən sayılır. Bu ölkəni monarxistlər, kommunistlər, monoteistlər, ateis...

lock icon

Yazını tam oxumaq üçün