İransayağı “islahat”
Namizədlər seçicilərin deyil, Xaməneinin rəğbətini qazanmaq üçün yarışırlar
25 İyun 2024
Belə tədbirlərdə adətən namizədlər dövlətin və vətəndaşların ən ağrılı problemlərindən danışır, onların aradan qaldırılması yollarını göstərirlər.
Hazırkı seçkiqabağı kampaniyada belə məsələlərə rast gəlinmir. Namizədlər seçicilərin deyil, İranın ali rəhbəri Seyid Əli Xaməneinin rəğbətini qazanmaq üçün yarışırlar.
İslam Respublikasının 1997-2005-ci illərdə prezidenti olmuş Məhəmməd Xatəmi prezident seçkiləri qabağı kampaniyada mədəni proqramla çıxış etmişdi. Həmin dövrdə Tehranda ölkədəki etniklərin vəziyyətini müzakirə etmək məqsədi ilə “Millət evi” (“Xaneyi Millət”) yaradılmışdı. Ancaq uzun müddət yaşamadı. Tehran onu “milli təhlükəsizlik üçün təhdid mənbəyi” elan edərək, bağladı.
O illərdə İranın fars olmayan ziyalılarının milli mədəni hüquqların təmini ilə bağlı Məhəmməd Xatəmiyə çoxsaylı müraciətləri kağız üzərində qalmışdı. Çox güman ki, onda Xatəmi həmin müraciətin heç “m” hərfinə də baxmamışdı. Prezidentliyin növbəti ilində isə o, mədəni hüquqların təmin edilməsi məsələsindən bəhs etmədi. O illər üçün dəbdə olan “mədəniyyətlərarası dialoq”dan danışmaqla işini bitmiş saydı. Hətta bu cür “islahatçı baxışlarına” görə onun Nobel Sülh mükafatına namizəd olmasını istəyənlər də var idi.
Həmin illərdə Seyid Əli Xamənei çıxışlarının birində demişdi ki, İranın milli birlik amili islam dini və mədəniyyətidir. Bu söhbətdən çox keçmədən Xatəmi elan e...