Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yumurta bahalaşıb? - İstehsalçılardan AÇIQLAMA

Son günlər bəzi internet media resursları və sosial şəbəkələrdə Azərbaycanda yumurtanın bahalaşmasına dair əsası olmayan məlumat yayılıb.

Bu barədə Azərbaycanda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının birliyi olan Azərbaycan Quş əti, Yumurta istehsalçıları və İxracatçıları İctimai Birliyi (APEPEA) məlumat yayıb.

APEPEA idarə heyətinin sədri Mürvət Həsənli bildirir ki, bir sıra ekspertlər real vəziyyəti öyrənmədən yumurtanın “bahalaşması”nın səbəblərinə dair rəylər səsləndirirlər:

“Quş yumurtasının topdansatış qiymətlərində hər hansı dəyişiklik edilməyib. Mövcud topdansatış qiymətləri 2022-ci ilin oktyabrından dəyişməz olaraq qalır. Əksinə, bəzi market şəbəkələri Novruz bayramı ərəfəsində yumurtanın qiymətində 1-2 qəpik endirim tətbiq ediblər”.