Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülh nə vaxta qaldı?
COP29 “dedlaynı” niyə baş tutmadı

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin, yaxud ən azı çərçivə sazişinin COP29-a qədər və ya tədbir zamanı imzalanması cəhdləri nəticə vermədi. Xatırladaq ki, hələ bu ilin mart ayında Böyük Britaniyanın o vaxtkı Baş naziri Rişi Sunak Azərbaycan rəhbərliyinə göndərdiyi məktubda noyabra qədər Ermənistanla sülh razılaşmasının olacağına ümid etdiyini bildirmişdi. Ötən aylarda bu mövzuda bir neçə başqa cəhdlər də oldu. Sonuncu belə yüksək səviyyədə müraciət isə oktyabr ayında ABŞ Prezidenti Co Bayden tərəfindən oldu. Birləşmiş Ştatların fəaliyyətdə olan Prezidenti Azərbaycan və Ermənistan liderlərinə ünvanlandığı məktubda onları COP29-un yaratdığı fürsətdən yararlanaraq sülh razılaşması imzalamağa çağırmışdı. 

Qeyd edək ki, son aylarda rəsmi İrəvan da tələskənlik göstərir, sazişi “bu gün, burada” imzalamağa hazır olduqlarını bildirirdilər. Maraqlıdır, razılaşmaya hazır olduğunu bəyan edən Ermənistan bu günə qədər heç COP29-a nümayəndə də göndərməyib. 

Beləliklə, sülh üçün COP29 “dedlaynı” baş tutmadı. Belə olacağını ekspertlərin az qismi ehtimal edirdi. Əksəriyyət düşünürdü ki, bu qədər israrlı müraciətlərin və cəhdlərin fonunda hansısa çərçivə sazişi imzalanması mümkündür. Bəs niyə olmadı? Səbəb nədir? Tərəflər sülhə o qədər uzaqdırlar, regional və qlobal geopolitik şərtlər imkan vermir, ya hansısa başqa səbəblər oldu?

Mövzu ilə bağlı Pressklub.az açıqlama verən siyasi ekspert Azad İsazadənin sözlərinə görə, COP29-a qədər real bir tələsmə yox idi, onlar sadəcə deklorativ məlumatlar idi: "Azərbaycan ümumiyyətlə sülh müqaviləsini imzalamağa tələsmirdi. Müqavilənin COP29-a qədər imzalanacağı məsələsini isə biz səsləndirmirdik. Ermənistan isə əksinə, müqavilənin imzalanma məsələsini uzadırdı. Çünki onların ümidi var idi ki, ABŞ-də Prezident seçkilərini Harris udacaq. Prezident seçkilərinin son mərhələsində Tramp sosial sorğulara görə irəliləməyə başladı. Həmin an Ermənistan elan etdi ki, sülh müqaviləsinin bəndlərinin çoxu razılaşdırılıb, COP29-a qədər imzalana bilər. Ermənistan düşünürdü ki, hələ demokratlar hakimiyyətdədir, müqaviləni tez imzalayaq, Tramp qazansa, məsələyə fərqli yanaşar, neytral mövqedə dayanar, COP29-a ABŞ-nin yüksək nümayəndələri gələr. Ermənistan hökuməti də bütün bunları nəzərə alıb, müqavilənin imzalanmasını COP29-a bağlayırdılar".

Ermənistanın COP29-a gəlməməsi məsələsinə toxunan A. İsazadə deyir ki, Paşinyan tədbirə bir halda gələrdi ki, doğrudan da hansısa irəliləyiş olsun. Ermənistan Prezidentinin xəstəxanaya yerləşdirilməsi məsələsi isə onların Azərbaycana gəlməməsi üçün bəhanə oldu. Ermənistanda Prezident daha çox təmsilçilik funksiyalarını daşıyır. Gələ bilərdilər, amma gəlmədilər. Ayrı nümayəndənin gəlib-gəlməməsi isə hansısa rol oyanmır. Çünki dövlətin birinci adamları, nümayəndələri gəlməyibsə, deməli Ermənistan öz mövqeyini göstərib.

"Sülh müqaviləsinin imzalanması yalnız Azərbaycan və Ermənistanın iradəsindən asılı olmadığı üçün yanlış gözləntilər cəmiyyətdə gərginlik yaradır".

Bu sözləri isə politoloq Xaqani Cəfərli saytımıza açıqlamasında deyib. Yeri gəlmişkən, Xaqani Cəfərli SOP29-a qədər müqavilənin imzalanmayacağını israrla deyən ekspertlərdən idi. 

Onun sözlərinə görə, işğal altındakı torpaqların azad edilməsi üçün 26 il məhz əlverişli geosiyasi vəziyyətin yaranmasını gözləmək lazım gəlmişdi. Sülh müqaviləsi ilə bağlı vəziyyət də təxminən eynidir: "Geosiyasi vəziyyət uyğun olan kimi sülh müqaviləsi dərhal imzalanacaq. Məncə, Trampın prezident seçilməsi sülh müqaviləsi imzalanması üçün əlverişli geosiyasi vəziyyətin yaranmasını sürətləndirə bilər. ABŞ-nin yeni administrasiyası arzu etsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi qısa zamanda imzalana bilər. Ermənistanın COP29-da təmsil olunmaması yaxşı hadisə deyil. Ermənistan Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirə qatılsaydı, daha yaxşı olardı. Görünür, hələ buna hazır deyillər. Ola bilsin, “suların durulmasını”, yəni geosiyasi vəziyyətin aydınlaşmasını gözləyirlər".

Burla