Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uşaq vaxtı üzü yanmış Ülkər: "Zillənib baxırlar" - VİDEO

28 yaşlı Ülkər Süleymanova 8 yaşında ikən ehtiyatsızlıq ucbatından benzin çəni partlayıb. Nəticədə Ülkərin bədəninin və üzünün bir hissəsi yanıb.

"20 ildir ki, fərqli bir üz görünüşünə sahibəm. Mən həmin hadisənin təsirindən çıxmaq üçün həftələrlə depressiyada qalmışam, ağlamışam. Çətinlik odur ki, sənin ayna ilə üzləşmən olur. Birinci özünü qəbullanmağa çalışırsan", Ülkər Süleymanova BBC-yə bildirir.

O deyir ki, başına gələn hadisənin "uşaq ikən başqa çətinlikləri olub".

"Məsələn, sən parkda əylənə bilmirsən, uşaqlar toplaşırlar və səni göstərib, pıçıldaşırlar", - o əlavə edir.

Hazırda informasiya texnologiyaları sahəsində daha rahat karyera qurduğunu deyən Ülkər Süleymanova bildirir ki, cəmiyyətdə onun kimi fərqli üzə sahib digər insanlara qarşı da bu cür davranışlar olur.

"Cəmiyyət içərisində zillənib baxırlar, bir-birilərinə baxıb, səni göstərirlər", - Ülkər Süleymanova deyir.

O söyləyir ki, uşaqlıqda müəllimə olmaq istəsə də, cəmiyyətdəki uyğunsuz reaksiyalara görə böyüdükdən sonra fikrini dəyişməli olub.