Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yüksək səslə musiqi dinləyənlər, kar ola bilərsiniz!

2050-ci ilə qədər təxminən 2,5 milyard insanın müəyyən dərəcədə eşitmə itkisindən əziyyət çəkəcəyi və 700 milyon insanın bu səbəbdən eşitmə reabilitasiyasına ehtiyacı olacağı proqnozlaşdırılır.

Pressklub.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı yüksək səslə musiqi dinləməyi sevən 1 milyard gənc və yeniyetmənin eşitmə itkisi ilə bağlı risk qrupuna daxil olduğunu açıqlayıb.

Dünya əhalisinin 5 faizdən çoxu - 430 milyondan çox insan eşitmə qüsurunu aradan qaldırmaq üçün reabilitasiyaya ehtiyacı var. Statistikaya görə, 2050-ci ilə qədər 700 milyondan çox insan və ya hər 10 nəfərdən biri əlillik dərəcəsində eşitmə itkisinə malik olacaq. Qulaq və eşitmə xidmətlərinin qlobal miqyasda genişləndirilməsi üçün adambaşına 1,40 ABŞ dollarına yaxın illik əlavə investisiyaya ehtiyac var.

Qeyd edilib ki, eşitmə qüsuru olan insanların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayır. Eşitmə qüsurunun yaranması əksər hallarda yaşla əlaqəli olur və dünyada 60 yaşdan yuxarı şəxslərin 25 faizindən çoxu əlillik dərəcəsində eşitmə itkisindən əziyyət çəkir.