Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada 100 min azərbaycanlı yaşayış yerini tərk edib

Ukraynanın itirilmiş ərazilərinin təxminən 30 faizini, yəni Krım, Donbas və digər bölgələri nəzərə alsaq, milyonlarla insan, o cümlədən azərbaycanlılar evlərindən didərgin düşüblər.

Bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev bildirib.

"Bilirik ki, çoxlu sayda müəssisə şərq və mərkəzi hissədə yerləşir. Əlbəttə ki, Ukraynada çox sayda zərər dəymiş obyektlər var. Şübhəsiz ki, ölkədə mehmanxana komplekslərindən tutmuş zavodlar, kənd təsərrüfatı müəssisələri, azərbaycanlılara məxsus müəssisələr daxil olmaqla bir çox obyekt zərər görüb. Məsələn, Xarkov və Poltava vilayətində bir neçə müəssisə raket hücumları nəticəsində zərər çəkib. Buraya elavatorlar, taxıl anbarları və digər müəssisələr də daxildir.

Bu müharibədə burada yaşayan azərbaycanlıların itkiləri azı yüz milyonlarla dollarla ölçülür. Lakin şübhəsiz ki, ən dəhşətlisi insanların həlak olması və milyonlarla insanın bu qanlı müharibədə didərgin düşməsidir. Bizim hesablamalarımıza görə, döyüş zonası olan və müvəqqəti işğal olunmuş əraziləri də əhatə edən Ukraynanın şərq hissəsindəki 100 min azərbaycanlı yaşayış yerlərini tərk etməyə məcbur olub", - o, əlavə edib. (Report)