Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yerə böyük asteroid yaxınlaşır - Potensial təhlükədir...

Bu gün axşam saatlarında (21:51 UTC) Yerdən təxminən 2 milyon km məsafədən 7482 (1994 PC1) asteroidi keçəcək.

Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu, Yer-Ay məsafəsindən 5 dəfə böyükdür.

“Diametri 1 km-dən böyük (1067 m) olan asteroid 1994-cü ildə Robert Maknot tərəfindən aşkarlanıb. Bu asteroid Amerika Kosmik Agentliyi tərəfindən ölçüsü və Yerə yaxınlaşma məsafəsinə görə potensial təhlükəli asteroidlər kateqoriyasına aid edilib.

7482 (1994 PC1) asteroidi cari ildə Yerə yaxınlaşacaq asteroidlərdən ən böyüyüdür. Asteroid Bakı vaxtı ilə 19 yanvar saat 01:51-də yerə ən yaxın nöqtədən keçəcək. Hesablamalara görə, bu, növbəti 200 il üçün asteroidin ən böyük yaxınlaşması olacaqdır.

Asteroidin Yerə nəzərən sürəti 19.56 km/san təşkil edir və kiçik ölçülü teleskopla 10m ulduz ölçüsündə müşahidə etmək mümkündür.

Qeyd edək ki, Yerə 48 milyon km-dən çox yaxınlaşan obyektlər Yerətrafı obyektlər hesab olunur və həmin obyektlər Yerə hər hansı təhlükə törətmə ehtimalına görə NASA və digər kosmik qurumlar tərəfindən diqqət mərkəzindədir”, - məlumatda bildirilib.