Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın "Zirkon" hipersəsli raketinin yaradıcısı vəfat edib

Rusiyanın "Zirkon" hipersəsli raketinin yaradıcısı Aleksandr Leonov vəfat edib.

Leonov 74 yaşında həyatını itirib.

Qeyd edək ki, "Zirkon" (3M22) hipersəsli raketi gəmilər və nüvə sualtı qayıqlar üçün hazırlanıb. O, 8-9 Max sürətinə (saatda 9000 km-dən çox) çata bilər və 1000 km-dən çox məsafədəki hədəfləri vura bilir.

İlkin sınaqlar 2016-2020-ci illər arasında aparılıb və sistem rəsmi olaraq 2023-cü ildə Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən qəbul edilib.