Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran "illərlə müharibə aparmaq" üçün raket ehtiyatı olduğunu iddia edib

Regionda silahlı münaqişə bir neçə il uzansa belə, İran Silahlı Qüvvələri raket və digər strateji resurs qıtlığı yaşamayacaq.

"Al Mayadeen" telekanalı xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi Ələddin Borucerdi bildirib.

"Hərbi əməliyyatlar aylarla və ya hətta illərlə davam edəcəyi təqdirdə, İran öz raket arsenalı və strateji potensialı ilə bağlı heç bir çətinliklə qarşılaşmayacaq", - iranlı parlamentari vurğulayıb.

Onun sözlərinə görə, Amerika tərəfi "malik olduğu müasir silahlara baxmayaraq, [İran Silahlı Qüvvələrinin] müdafiə potensialı ilə qarşılaşaraq məğlubiyyətə uğrayıb".

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.