Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin və Innovation Management and TRIZ Institute arasında əməkdaşlıq memorandumu imzalanmışdır

15 iyul 2024-cü il tarixdə, Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin sədri Ceyhun Xəlilov və Innovation Management and TRIZ Institute idarə heyətinin sədri Prof. Dr. Ali B. Kutvan tərəfindən əməkdaşlıq memorandumu imzalanmışdır.        

Bu Memorandumun məqsədi, birgə TRIZ üzrə eksperimental kursların təşkili və  təlim proqramlarının tərtib edilməsi, yerli startup ecosystem-in inkişafı üçün, Hard-ware starup-larının birgə işlənməsi və hazırlanması, Startup layihələrin MVP və MVBP mərhələsində testlərin təşkili, Gənc ixtiraçılar və startuper-lər üçün, inkubasiya və akselerasiya prqramlarının təşkili, elmi tədqiqatların aparılması və innovativ fəaliyyət sahəsində mütəxəssislərin hazırlanması zamanı ixtira  məsələlərinin həlli nəzəriyyəsinin (TRIZ) və innovativ layihələşdirmə metodlarının tətbiq edilməsi üçün Tərəflər arasında əməkdaşlığın təşkil edilməsidir.

Həçinin, bu il 11–24 noyabr tarixlərində Bakıda keçiriləcək olan COP29 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı çərçivəsində, Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai biriyinin qatıldığı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” böyük qrant müsabiqəsində, Innovation Management and TRIZ Institute tərəfindən akademik dəstək olacağı ilə əlaqədar birgə razılığa gəlinmişdir.

Daha sonra, Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai biriyi tərəfindən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” böyük qrant müsabiqəsinə təqdim olunması planlaşdırılan “Yeni Nəsil Invertorlu Gərginlik Stabilizatorlarının İstehsalı və Tətbiqi ilə Enerji Qənaətinin Artırılması” layihəsinin qlobal iqlim dəyişmələri mövzusuna uyğunluğu, qarşılıqlı müzakirə olunmuşdur.