Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səfərbərlik Xidmətinin İmişli bölməsinin rəisi rüşvət almaqda təqsirləndirilərək həbs edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev həbs edilib.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəyyam Babayev rüşvət almaqda təqsirləndirilir. 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.