Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yanacaqdaşıyan maşının dəhşətli partlayışı - HADİSƏ YERİNDƏN GÖRÜNTÜ

Braziliyanın Para ştatında baş verən qəza zamanı yanacaqdaşıyan yük maşını partlayıb.

Dəhşətli hadisənin baş verdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlarda yük maşınının qəzadan sonra yolun kənarına çəkilməsi və ətrafına insanların toplaşdığı görünür. Sonra bir anda güclü partlayış baş verir.

Hadisə zamanı azı 6 nəfər xəsarət alıb. Yerli medianın məlumatına görə, onlardan üçü qəzanı işıqlandıran jurnalistlər olub. Həmçinin ətrafda olan maşınlara da ziyan dəyib.

Partlayış yerinə dərhal təcili yardım briqadaları və yanğınsöndürənlər cəlb ediliblər. Yaralılar xəstəxanalara çatdırılıblar. Onların vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.