Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xankəndidə yenə silah-sürsat tapılıb

Fevralın 3 və 4-də Xankəndi şəhəri ərazisində 27 silah və sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.