Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xaçaturovu həbs etdilər

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov həbs edilib.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

“Apellyasiya Məhkəməsi cinayət prosesinə nəzarət edən prokurorun vəsatətini təmin edib və təqsirləndirilən şəxs Qriqori Xaçaturovun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Qeyd edək ki, Xaçaturov barəsində vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ilə bağlı iş başlanıb.