Vaşinqton Kiyevə Rusiyanın dərinliklərini vurmağa icazə veməyəcək
04 Sentyabr 2024
Amerika Birləşmiş Ştatları Ukrayna Silahlı Qüvvələrinə hələ də Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə icazə verməyib.
Bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukrayna hərbçilərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə Amerika silahları ilə zərbələr endirməsinə qadağa qoymasına münasibətini dəyişməyib.
O, Ağ Evin mövqeyinin dəyişməyəcəyini də vurğulayıb.