Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Vaqner"in rəhbəri: Ukrayna qoşunları cinahlarımız yarır, Müdafiə Nazirliyinin bölmələri qaçır

Ukrayna yaxın günlərdə əks-hücum əməliyyatına başlayacaq.

TASS xəbər verir ki, bunu “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq Baxmut istiqamətində cinahları yarır. Priqojin yayımladığı videoda bildirib ki, Rusiya Müdafiə Nazirliyinin bölmələri Baxmutda 2 kilometr geri çəkiliblər.

O bildirib ki, “Vaqner”də tələb olunan silahların cəmi 10 faizi var.

Priqojinin sözlərinə görə, tələb olunan silahlar təmin edilməsə, “Vaqner”çilər tutduqları mövqelərdən geri çəkiləcəklər: “Baxmutda daha bir neçə gün qalacaq, buradan çıxıb-çıxmamaq barədə sonra qərar qəbul edəcəyik”.

Qeyd edək ki, Y. Priqojin daha əvvəl Rusiya Müdafiə Nazirliyini tənqid etmiş, silah çatışmazlığından şikayətlənmişdi.