Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynaya 4 milyard avroluq yardım paketi təsdiqlənib

Avropa Komissiyası Ukraynaya təxminən 4,2 milyard avro dəyərindəki transferini təsdiqləyib.

Bununla bağlı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “X”də paylaşım edib.

“Bu gün Avropa Komissiyası Ukrayna Mexanizmi çərçivəsində Ukraynaya təxminən 4,2 milyard avro tranşın buraxılmasını təsdiqləyir”, - Kommisiya rəhbəri qeyd edib.

O bildirib ki, Avropa İttifaqı Ukraynanın azadlıq mübarizəsini və bloka üzvlük yolundakı mübarizəsini dəstəkləməyə davam edir.