Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna xarici işlər naziri istefa verib, yeni namizədin adı açıqlanıb

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan istefa ərizəsi alıb. Ərizəyə növbəti plenar iclaslardan birində baxılacaq”, - Ali Radanın sədri Ruslan Stefançuk sosial şəbəkə hesabında paylaşım edib.

Artıq XİN rəhbəri postuna namizədin adı açıqlanıb. Ukrayna mətbuatı yazır ki, Andrey Sibiqa Ukraynanın yeni xarici işlər naziri ola bilər.

A.Sibiqa xarici işlər nazirinin birinci müavinidir.

O, bundan əvvəl Prezident Ofisinin rəhbərinin müavini (2021-2024) və ölkənin Türkiyədəki səfiri (2016-2021) vəzifələrində çalışıb.

Ötən gün bir sıra nazirlər də istefa ərizəsi verib.

“Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim ediblər. Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq”, - R.Stefançuk ötən gün bildirib.