Ukrayna ordusu Baxmutda irəliləyir
11 May 2023
Ukrayna Baxmut şəhəri ətrafında döyüşlərdə kiçik, amma əhəmiyyətli qələbə qazandığını, Rusiya briqadasını böyük itkiyə məruz qoyduğunu bildirir.
Silahlı Qüvvələrin Baş Qərargahının mayın 11-də yaydığı məlumatda deyilir ki, Ukrayna müdafiəçiləri son 24 saat ərzində şərqi Donetsk bölgəsindəki Baxmut-Adviyivka-Maryinka cəbhə xəttində Rusiyanın 39 hücumunun qarşısını alıb.
Bu məlumatlar Rusiyanın özəl “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojinin son günlərdə verdiyi açıqlamaları təsdiqləyir. O, aylardır davam edən və hər iki tərəfdən çoxlu itkilərə səbəb olan döyüşlərdə bir neçə kilometr cəbhə ərazisinin itirildiyini deyib. Bunun Rusiya qüvvələrinin bölgədəki şiddətli döyüşlərdən qaçması nəticəsində baş verdiyini bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, Rusiya qoşunları Baxmutun bəzi hissələrində iki kilometrə qədər geri çəkilib, Vaqner isə 500-ə yaxın itki verib.
O, əlavə edib ki, Ukraynanın Baxmutda effektiv müdafiə əməliyyatları “Vaqner” muzdlu qoşunlarını darmadağın edib. Onları daha az təlim keçmiş qoşunlar əvəzləyib, bu qoşunlar məğlub olaraq, ərazini tərk etməli olublar.
"Reuters" Ukrayna Üçüncü Əlahiddə Hücum Briqadasının bəyanatından sitat gətirib: "Bu, artıq rəsmidir. Priqojinin verdiyi məlumat, yəni Rusiyanın 72-ci Müstəqil Motoatıcı Briqadasının Baxmut yaxınlığından qaçdığı və "500 rusiyalının cəsədini" qoyub getdiyi doğrudur".
Rusiya daha əvvəl dağılmış şəhərdə irəliləyiş əldə etdiyini iddia etmişdi.
Nə Ukraynanın, nə də Rusiyanın iddialarını müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
Son həftələrdə Rusiyanın sərhəd bölgələrindəki mövqelərə dron hücumları nəzərəçarpacaq dərəcədə artıb. Hücumların arxasında Ukraynanın olduğu güman edilir.
Mayın 10-u axşam saatlarında, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı “çox çətin” gedir, lakin müəyyən məqsədlərə nail olunub. Peskov Bosniya Serb televiziyasına müsahibəsində Baxmutun "ələ keçiriləcəyinə və nəzarət altında saxlanacağına" əminliyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 10-da növbəti videomüraciətində ölkə tamamilə azad olunana qədər dayanmayacağına söz verib. Zelenski videomüraciətdə deyib: “Biz bir an belə yaddan çıxarmırıq ki, işğalçının torpağımızda olduğu hər gün onun uğur qazanacağını düşünmək üçün bir fürsətdir. O, heç nəyə nail ola bilməyəcək! Biz Ukraynanı azadlığa, təhlükəsizliyə və yenidən Avropaya qaytarmalıyıq. Biz bunu edəcəyik! Torpaqlarımızın bircə hissəsini belə düşmənə buraxmayacağıq!”
Zelenski Ukraynanın Qərbdən daha çox silah, hava hücumundan müdafiə sistemləri və sursat tədarükü gözlədiyini sözlərinə əlavə edib.
Ukrayna ordusu həmçinin Donetsk vilayətinin Kostyantinivka şəhərinin gecə saatlarında SS-300 qanadlı raketi ilə vurulduğunu açıqlayıb. Dəyən ziyanın həcmi bəlli deyil.
Qeyd edək ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da Baxmut şəhəri uğrunda döyüşlərin davam etdiyini, ukraynalı hərbçilərin şəhər yaxınlığında qismən uğura nail olduqlarını təsdiq edib.
Onun sözlərinə görə, Ukrayna ordusu rusiyalı hərbçilərin geri çəkilməsini təmin edir.

“500 rusiyalının cəsədini qoyub getdiyi doğrudur”

“Bir an belə yaddan çıxarmırıq ki...”