Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Krımdakı bazanı vurdu: General öldürülüb, 3 təyyarə məhv edilib

İşğal altında olan Krım yarımadasında Belbek aerodromuna Ukraynanın raket hücumu nəticəsində Rusiya ordusunun generalı Aleksandr Tatarenko ölüb.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, generaldan başqa, daha 9 hərbçi ölüb.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuqi İqnat da hücum nəticəsində itkilərin olduğunu söyləyib. O, həmçinin Rusiyanın 3 təyyarəsinin sıradan çıxdığını deyib.

Qeyd edək ki, fevralın 1-də Krım yarımadasında Belbek aerodromuna raket hücumu olub. Nəticədə 80 159 saylı hərbi hissənin rabitə məntəqəsində yanğın başlayıb. Yanğının 30 kvadratmetr ərazini əhatə etdiyi bildirilib.