Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Baxmutda əks-hücum əməliyyatlarına başlayıb

“Döyüşçülərimiz Donetks vilayətinin Baxmut şəhərində əks-hücum əməliyyatlarına başlayıblar”.

“Ukrinfom” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

O bildirib ki, ukraynalı hərbçilər təkcə müdafiə olunmur, həm də əks-hücum əməliyyatları həyata keçirirlər: “Liman istiqamətində müdafiəmizi yarmaq üçün bir sıra uğursuz cəhdlərdən sonra düşmən xeyli itki verdi və bölmələrini yenidən qruplaşdırmaq məcburiyyətində qaldılar”.

A.Sırskinin sözlərinə görə, döyüş şəraiti Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır: “Baxmut istiqamətində vəziyyət gərgin olaraq qalır. Ağır döyüşlər davam edir. Baxmut yaxınlığındakı bir neçə yaşayış məntəqəsində rusların hücum hərəkətləri uğursuzluğa düçar oldu. Qarşı tərəf Baxmutu mühasirəyə almaq cəhdlərindən əl çəkmir. Bunun üçün onlar bütün mümkün vasitələrdən istifadə edir, şəhəri tamamilə məhv edirlər”.

Quru qoşunlarının komandanı söyləyib ki, əks-hücum əməliyyatları düşmənin elit bölmələrini məhv etməyə və vaxt qazanmağa imkan verir.

Qeyd edək ki, 6 aydan çoxdur Baxmutda gərgin döyüşlər gedir.