Türkiyə Rusiya qazından asılılığını aradan qaldırır
16 İyun 2023
Türkiyənin Rusiya qazından asılılığı hazırda 36-37% təşkil edir və ölkə onu azaltmağa davam etmək istəyir.
Bunu cümə axşamı Türkiyə Xarici İşlər Nazirliyinin enerji və ətraf mühit departamentinin baş direktoru Burris Ekinci bildirib.
O, Vaşinqton Atlantik Şurasında Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinə dair illik konfransa qatılıb.
“Əvvəllər Rusiyadan 60% qaz asılılığımız var idisə, indi bu göstərici 36-37% təşkil edir. Biz onu azaltmaqda davam etmək istəyirik. Xəzərdən, Şərqi Aralıq dənizindən, İraqdan yeni qaz mənbələrimiz olacaq. Son 30 il ərzində biz şaxələndirmə siyasəti aparırıq”, - deyə Ekinci bəyan edib.
Diplomat Rusiyanın təklif etdiyi qaz qovşağı məsələsinə də toxunub.
“Bəli, Rusiya Prezidenti Vladimir Putin qaz qovşağının yaradılmasını təklif edib. Amma əslində, belə bir qovşağın yaradılması istiqamətində işimiz uzun illərdir ki, davam edir. İndiyə qədər həyata keçirdiyimiz bütün layihələr, qaz qovşağının yaradılması ideyasının bir hissəsidir”, - o vurğulayıb.