Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə ordusu Suriyada əməliyyat keçirib - 15 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 15 yaraqlısını zərərsizləşdirib.

Bu barədə ordunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” və “Barış Pınarı” [əməliyyatları] bölgələrində təsbit etdiyi 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – məlumatda diqqətə çatdırılıb.

Vurğulanıb ki, “ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam etdiriləcək”.