Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Yaxın Şərqə qoşun göndərmək barədə: Sizə demərəm

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yaxın Şərqə qoşun göndərmir və bu cür planları açıqlamaq niyyətində deyil.

“Sky News” xəbər verir ki, o, bu barədə Ağ evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı qeyd edib.

O, Yaponiyanın müharibədə NATO-dan fərqli olaraq fəal iştirak edəcəyinə inandığını qeyd edib. Tramp hərbi əməliyyatları "ekskursiya" kimi xarakterizə edib və hər şeyin tezliklə bitəcəyini bildirib.

"Mən heç yerə qoşun (quru - red.) göndərmirəm və göndərsəydim də, sizə deməzdim", - o deyib.