Əfsanəvi Çak Norris xəstəxanaya yerləşdirilib
20 Mart 2026
Amerikalı aktyor Çak Norris Havay ştatının Kauai adasındakı xəstəxanaya aparılıb.
Bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, aktyor və döyüş ustası bir gün əvvəl məşq edirdi.
Onun xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmır, lakin əhval-ruhiyyəsinin yaxşı olduğu bildirilir.
Çak Norris martın 10-da 86 yaşını qeyd edib.
Aktyor "Sərt Uoker, Texas ədaləti" serialındakı baş rolu ilə tanınır. O, çoxsaylı film və televiziya mükafatları qazanıb.
1989-cu ildə aktyor Hollivud Şöhrət Xiyabanında ulduz alıb və 1999-cu ildə adı Kaliforniyanın Berbank şəhərindəki Döyüş Sənətləri Muzeyinin Şöhrət Zalına daxil edilib.