Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp söz verdi: "Ukrayna müharibəsini andiçmədən əvvəl həll edəcəm"

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəlsə, Ukraynadakı münaqişəni andiçmə mərasimindən əvvəl həll edəcəyinə söz verib.

Tramp bunu Miçiqanda mitinqdə çıxışı zamanı deyib.

“Mən Rusiya ilə Ukrayna arasındakı bu dəhşətli müharibəni həll edəcəyəm. Yalnız mən bu açıqlamanı verə bilərəm: III Dünya Müharibəsinin qarşısını alacağam”, - Tramp vurğulayıb.