Logo
news content
User
Kateqoriyalar

Xəbər

Təyyarə qəzasında 18 nəfər ölüb, cəmi 1 nəfər xilas edilib...

Nepalın paytaxtı Katmanduda hava limanında təyyarə qəzaya uğrayıb.

“Kathmandu Press”in məlumatına görə, göyərtəsində 19 nəfərin olduğu təyyarə qəzası uçuş-enmə zolağından qalxarkən baş verib.

Olay zamanı təyyarədə ekipaj üzvləri ilə bir yerdə 19 nəfər olub. Qəza yerində 18 nəfərin meyiti tapılıb. Cəmi 1 nəfər - təyyarənin kapitanı sağ qalıb. Kapitan təcili olaraq xəstəxanaya yerləşdirilib.

Təyyarə “Sourya Airlines” aviaşirkətinə məxsus olub.