Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev və Paşinyan BRİKS sammiti zamanı söhbət ediblər - VİDEO

Cümə axşamı Kazanda BRİKS sammiti davam edib. "BRİKS dostları" olan ölkələr plenar iclasda “dəyirmi masa” arxasında əlifba sırası ilə əyləşiblər. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev yanaşı oturublar.

Masa arxasında onlar qısa  söhbət ediblər. Reqlamentə əsasən, sammitin sonuna qədər yanaşı oturacaqlar.

Videodan da göründüyü kimi, daha sonra onların söhbətinə iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da qoşulub.

Çox güman, tərəflər ayrıca görüşün keçirilməsi imkanını müzakirə ediblər.