Tanınmış sovet jurnalisti İqor Dudinski vəfat edib
12 İyun 2022
Məşhur sovet jurnalisti İqor Dudinski 75 yaşında vəfat edib.
Onun qızı, rejissor Valeriya Qay Qermanika Gazeta.Ru-ya açıqlamasında atasının ölümünü təsdiqləyib.
Qermanika əlavə edib ki, atası ilə uzun müddət əlaqə saxlamadığı üçün ölüm səbəbi ona məlum deyil.
Ömrünün son günlərində Dudinski 2022-ci il iyunun 8-dən "infeksion-toksik şok" diaqnozu ilə Moskva klinikalarından birinin reanimasiya şöbəsində olub.
İqor Dudinski 31 mart 1947-ci ildə anadan olub. Dissident hərəkatında fəal iştirak edib. “Moskva danışır və göstərir” qəzetində köşə yazarı işləyib, sonralar bir sıra mərkəzi sovet nəşrləri ilə (“Oqonek”, “Sovet mədəniyyəti”) müxbir kimi əməkdaşlıq edib. 2007-ci ildə "Moskva müxbiri" qəzetinin baş redaktorunun birinci müavini olub.