Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sumqayıtda faciə: Fəhlə qumun altında qalaraq öldü

Sumqayıtda 47 yaşlı fəhlə faciəli şəkildə ölüb.

Hadisə Hacı Zeynalabdin qəsəbəsində tikinti şirkətində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Bağırov Nazim Xeyrulla oğlu qumun altında qalaraq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə yanvarın 18-də saat 10 radələrində baş verib. Ölən fəhlə “Archico” MMC-də işləyib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.