Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sumqayıtda avtobus TIR-la toqquşdu - 12 nəfər yaralanıb

Bu gün saat 17:00 radələrində Bakı-Quba yolunun 35-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat verib.

Bildirilib ki, "Isuzu" markalı 50-AE-781 nömrə nişanlı avtobusun sürücüsü yolun hərəkət hissəsində sürəti azaldaraq dayanmaq istəyib, bu zaman arxadan hərəkət edən "Mercedes Axor" markalı 77-XX-463 nömrə nişanlı yük avtomobili onunla toqquşub.

"Hadisə nəticəsində həyatını itirən olmayıb, avtobusda olan 12 nəfər sərnişinə ilkin tibbi yardım göstərilib", - deyə məlumatda qeyd olunub.