Logo
news content
User
Kateqoriyalar

Xəbər

Son sutkada 17 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər sağalıb.

Bu barədə Pressklub.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutka ərzində koronavirusdan 7 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 829 345 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 063 nəfər müalicə olunaraq sağalıb, hazırda 122 aktiv xəstə var. Bu günə qədər 10 160 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 511, bu günə qədər isə ümumilikdə 7 552 099 test icra olunub.