Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayramov: "Ermənistanın COP-29-da iştirakdan imtinası itirilmiş fürsətdir"

Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onlar COP29-a gəlməyiblər. Bu barədə jurnalistlərə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə, o cümlədən Ermənistana da dəvət göndərib. Nazir Ermənistan nümayəndə heyətinin COP29-a gəlməməsini Yerevan üçün "itirilmiş fürsət" kimi dəyərləndirib.

Sülh müqaviləsi üzərində işə gəlincə, ilin sonuna kimi sənədin imzalanması Ermənistandan asılıdır.

Nazir bildirib ki, Ermənistanla sülh sazişinin maddələrinin əsas hissələri razılaşdırılıb, amma hələ razılaşdırılmalı olan məqamlar var.